...

İran-Azərbaycan-Rusiya marşrutu ilə narkotik qaçaqmalçılığı edənlərə 29 il cəza verilib

Cəmiyyət Materials 12 May 2011 15:45 (UTC +04:00)
Trend-in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aygün Cavadova və İbrahim Quliyev 10 il, Taleh Məmmədov isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər.
İran-Azərbaycan-Rusiya marşrutu ilə narkotik qaçaqmalçılığı edənlərə 29 il cəza verilib

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir K.Zərbalıyeva/

İran-Azərbaycan-Rusiya marşrutu ilə narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan şəxslərə 29 il cəza verilib.

Trend-in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aygün Cavadova və İbrahim Quliyev 10 il, Taleh Məmmədov isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən ifşa olunmuş şəxslərdən 9 kiloqramdan artıq narkotik götürülüb.

Xəbər lenti

Xəbər lenti