...

"Avroviziya 2011" mahnı müsabiqəsinin qalibləri Bakıya qayıdıblar (FOTO)

Cəmiyyət Materials 16 May 2011 09:44 (UTC +04:00)
Azərbaycanın "Avroviziya 2011" mahnı müsabiqəsinin qalibləri Eldar və Nigar bu gün gecə saatlarında Bakıya qayıdıblar.
"Avroviziya 2011" mahnı müsabiqəsinin qalibləri Bakıya qayıdıblar (FOTO)

Fotoşəkillər əlavə olunub (ilk xəbər 05:27-də yayılıb)

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın "Avroviziya 2011" mahnı müsabiqəsinin qalibləri Eldar və Nigar bu gün gecə saatlarında Bakıya qayıdıblar.

Qalibləri Heydər Əliyev adına beynəlxalq hava limanında minlərlə insan böyük coşqu və sevinclə qarşılayıb.

Azərbaycan təmsilçiləri Eldar QasımovNigar Camal (Ell/Nikki) "Running Scared" mahnısı ilə "Avroviziya 2011" müsabiqəsinin qalibi oldu.

56-cı dəfə təşkil olunan yarışmanın şüarı "Feel Your Heart Beat!" (Öz ürəyinin döyüntüsünü hiss et) idi. Müsabiqənin sonunda sms- səsvermə və proffesional juri seçimi nəticəsində "Avroviziya 2011" qalibi 221 xal toplayan Azərbaycan oldu (Ell&Nikki - "Running Scared").

Yarışda ikinci yeri İtaliya (Raphael Gualazzi - "Madness Of Love" - 189 xal), üçüncü yeri İsveç (Eric Saade - "Popular" - 185 xal) tutdu.

Azərbaycana müsabiqədə ən yüksək - 12 xalı Rusiya, Türkiyə və Malta, 10 xalı isə Ukrayna, Yunanıstan, Xorvatiya, San-Marino, Rumıniya və Moldova veriblər.

Xəbər lenti

Xəbər lenti