...

Almaniya səfiri "Eurovision 2011"-in azərbaycanlı qaliblərini təbrik edib

Cəmiyyət Materials 17 May 2011 18:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 may /Trend/

Almaniyanın Azərbaycandakı səfiri "Eurovision 2011" mahnı müsabiqəsinin azərbaycanlı qaliblərini təbrik edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, səfir Qerbert Kvelle Nigar Camal və Eldar Qasımova ünvanladığı təbrik məktubunda onları Düsseldorfda əldə etdikləri böyük uğura görə təbrik edib.

"Bununla siz ölkənizə böyük xidmət göstərmiş oldunuz. 2010-cu ilin qalibi Lena və çoxsaylı soydaşlarım sizinlə birlikdə sevindilər. Biz hamımız "Eurovision 2012" mahnı müsabiqəsinin Bakıda təşkilini səbirsizliklə gözləyirik", - məktubda deyilir.

Səfirlik hər iki müğənninin Almaniya ilə sıx əlaqədə olduqlarından sevinir.

"Nigar və Eldar alman dilində mükəmməl danışırlar; hətta, 2008-ci ildə Eldar Almaniya-Azərbaycan Akademik Mübadilə Xidmətinin (DAAD) xətti ilə Almaniyada alman dilini öyrənib", - səfir bildirib.

Xəbər lenti

Xəbər lenti