PFL prezidenti Ramin Musayevin fikirləri əlavə olunub (ilk xəbər 13:12-də yayılıb)
Azərbaycan, Bakı, 25 may /Trend, müxbir M.Əliyev/
Peşəkar Futbol Liqası (PFL) oyunlar zamanı stadionlarda lotereyaların təşkil olunması ilə bağlı Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə (QKDK) müraciət edəcək. Bunu Trend-ə çərşənbə günü PFL prezidenti Ramin Musayev bildirib. Onun sözlərinə görə, oyunlarda lotereyalar gəlir əldə etmək yox, azarkeşlərin stadiona axınını təşkil etmək məqsədilə keçirilir.
Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) Peşəkar Futbol Liqası tərəfindən keçirilən lotereyanın dayandırılması barədə göstəriş verib. PFL tərəfindən 24 may 2011-ci il tarixində saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil edilən NBC Bank Azərbaycan Kubokunun final oyununda lotereyanın keçirilməsinin planlaşdırıldığı aşkar edilib, QKDK tərəfindən PFL-dən həmin lotereyanın dayandırılması tələb olunub.