...

Beyləqanda yerləşən hərbi hissəyə ictimai baxış keçirilib

Cəmiyyət Materials 3 İyun 2011 13:39 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, millət vəkilləri və mətbuat nümayəndələri Beyləqanda yerləşən hərbi hissədə olublar.
Beyləqanda yerləşən hərbi hissəyə ictimai baxış keçirilib

Azərbaycan, Bərdə, 3 iyun /Trend, müxbir Ş.Cəliloğlu/

Azərbaycan Müdafiə Nazirliyinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, millət vəkilləri və mətbuat nümayəndələri Beyləqanda yerləşən hərbi hissədə olublar.

Trend-in bölgə müxbirinin məlumatına görə, nümayəndə heyəti cəbhə xəttinin maketi ilə tanış olub. Nümayəndə heyətinə ordumuzun yerləşdiyi mövqelər barədə məlumat verilib. Hərbi hissədə Azərbaycan Ordusunun keçirdiyi irimiqyaslı təlimlərin video çarxına baxılıb.

Hərbi hissələrdə yerləşən artilleriya hazırlığı sinifinə baxış keçirilib və burada olan ən son texnika haqqında nümayəndə heyətinə məlumat verilib. Sonra nümayəndə heyəti hərbi hissədə olan əsgər yataqxanasına baxıb.

Xəbər lenti

Xəbər lenti