...

Azərbaycanda iki cəzaçəkmə müəssisəsinin rəisi təqaüdə göndərilib

Cəmiyyət Materials 6 İyun 2011 13:21 (UTC +04:00)
Azərbaycanda iki cəzaçəkmə müəssisəsinin rəisi təqaüdə göndərilib.
Azərbaycanda iki cəzaçəkmə müəssisəsinin rəisi təqaüdə göndərilib

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda iki cəzaçəkmə müəssisəsinin rəisi təqaüdə göndərilib.

Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Elman Əlişirov və 2 saylı cəzaçəkmə müəssisəsinin rəisi Nahid Xəlilov ədliyyə orqanlarında qulluqkeçmə yaş həddinə çatmaları ilə əlaqədar təqaüdə göndəriliblər.

Həmin müəssisələrdə rəisin səlahiyyətlərini müvəqqəti olaraq müavinləri həyata keçirir.

Ədliyyə orqanlarında qulluqkeçmənin son yaş həddi 55 yaşdır.

Xəbər lenti

Xəbər lenti