...

İran Xəzərdə sərnişin gəmi reysləri açır

Cəmiyyət Materials 7 İyun 2011 13:34 (UTC +04:00)
Bir neçə gündən sonra Noşəhr limanında Mirzə Kuçik xan sərnişin gəmisi fəaliyyətə başlayacaq. Bunu İranın Mazandaran əyalətinin Limanlar və Gəmiçilik İdarəsinin rəisi Nəbi Seyidpur deyib.
İran Xəzərdə sərnişin gəmi reysləri açır

Azərbaycan, Bakı, 7 iyun /Trend/

Bir neçə gündən sonra Noşəhr limanında Mirzə Kuçik xan sərnişin gəmisi fəaliyyətə başlayacaq. Bunu İranın Mazandaran əyalətinin Limanlar və Gəmiçilik İdarəsinin rəisi Nəbi Seyidpur deyib. Bu barədə Trend İranın FARS agentliyinə istinadən məlumat verir.

Seyidpur əlavə edib ki, Mirzə Kuçik xan gəmisi Xəzərin sahilində yerləşən Gilan, Mazandaran və Gülüstan əyalətləri arasında sərnişindaşıma həyata keçirəcək və turistlər üçün səyahət turları təşkil edəcək.

Onun sözlərinə görə, gəmi 260 nəfər sərnişin tutumuna malikdir.

Bundan öncə İranın "Qədir" gəmiçilik şirkətinin direktoru Hüseyn Gitipəsənd demişdi ki, Xəzərdə sərnişin daşımaları həyata keçirmək məqsədilə reyslərin açılması üçün üç əyalətin ərazisində 20 yanalma körpüsü tikilməlidir.

İranın Gilan, Mazandaran və Gülüstan əyalətlərinin sahilboyu sərhədinin uzunluğu 400 kilometrdir.

Xəbər lenti

Xəbər lenti