...

Müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi gənclərin pedaqoji sahəyə marağını artıracaq - deputat

Cəmiyyət Materials 24 İyun 2011 15:59 (UTC +04:00)
Müəllimlərə xüsusi dövlət qulluqçusu statusunun verilməsi gənclərdə pedaqoji sahədə işləmək üçün yeni stimul yaradacaq.
Müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi gənclərin pedaqoji sahəyə marağını artıracaq - deputat

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir M.Əliyev/

Müəllimlərə xüsusi dövlət qulluqçusu statusunun verilməsi gənclərdə pedaqoji sahədə işləmək üçün yeni stimul yaradacaq. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov bildirib.

Hazırda Azərbaycanda həkim və müəllimlərə xüsusi dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı müvafiq normativ-hüquqi akt hazırlanır. Sənədlərin avqustun sonuna hazır olması gözlənilir.

Müəllimlərin maaşlarının əhəmyyətli dərəcədə artırılmasının nəzərdə tutulduğunu deyən Məhərrəmov bildirib ki, bu da onların sosial vəziyyətinin yaxşılaşdırılmasına şərait yaradacaq.

Onun sözlərinə görə, yaş senzinin ali məktəb müəllimlərinə şamil edilməməsi ilə bağlı qərarın verilməsi bu peşə sahibləri ilə bağlı son zamanlar atılan ən mühüm addımlardan biridir.

Xəbər lenti

Xəbər lenti