...

BMT Baş Assambleyasının sessiyasında Azərbaycanın qadınlara qarşı ayrı-seçkiliklə mübarizəyə dair məruzəsinə baxılacaq

Cəmiyyət Materials 12 İyul 2011 13:33 (UTC +04:00)
BMT Baş Assambleyasının cari sessiyasında Azərbaycanın qadınlara qarşı ayrı-seçkiliklə mübarizəyə dair məruzəsinə baxılacaq.
BMT Baş Assambleyasının sessiyasında Azərbaycanın qadınlara qarşı ayrı-seçkiliklə mübarizəyə dair məruzəsinə baxılacaq

Azərbaycan, Bakı, 11 iyul /Trend/

BMT Baş Assambleyasının cari sessiyasında Azərbaycanın qadınlara qarşı ayrı-seçkiliklə mübarizəyə dair məruzəsinə baxılacaq. Trend-in məlumatına görə, bunu Xorvatiyadan olan ekspert xanım Dubravka Simonoviç deyib. Bu barədə təşkilatın saytında xəbər verilir.

Simonoviç Qadınlara qarşı ayrı-seçkilyin aradan qaldırılması üzrə Komitəni məruzələrin statusu və Qadınlara münasibətdə ayrı-seçkilyin bütün formalarının aradan qaldırılması haqqında Konvensiyanın 18-ci maddəsinə uyğun yekun iradlar barədə qısaca məlumatlandıraraq qeyd edib ki, məruzələr Azərbaycan, Portuqaliya, İslandiya və Qırğızıstandan daxil olub. Yalnız ilk üç məruzəyə cari sessiyanın gedişində baxılacaq, çünki Qırğızıstan məruzəni tərcümə olunmaq üçün bir qədər gec təqdim edib. Ekspert bildirib ki, ona Danimarkanın məruzəsi kimi gələn sessiyada baxılacaq.

Xəbər lenti

Xəbər lenti