...

Yeniyetmələrin cinayət məsuliyyətinə cəlb edilməsində tələsmək olmaz - Fərhad Abdullayev

Cəmiyyət Materials 14 İyul 2011 16:07 (UTC +04:00)
Yeniyetmələrin cinayət məsuliyyətinə cəlb edilməsində tələsmək olmaz. Bunu Trend-ə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.
Yeniyetmələrin cinayət məsuliyyətinə cəlb edilməsində tələsmək olmaz - Fərhad Abdullayev

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Yeniyetmələrin cinayət məsuliyyətinə cəlb edilməsində tələsmək olmaz. Bunu Trend-ə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.

Abdullayev bildirib ki, yeniyetmələrin, uşaqların cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə alimlər və hüquqşünaslar arasında fərqli yanaşmalar var.

"Bir qismi hesab edir ki, qanunun qüvvəsi cinayət törətmiş uşaqlara qarşı yönələrsə, bu, müsbət nəticə verər. Bir qismi isə düşünür ki, əksinə, bu, yeniyetmələri cinayətə daha da sövq edə bilər, onların bir şəxsiyyət kimi formalaşmasına, psixologiyasına mənfi təsir edə bilər", - məhkəmə sədri vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanda uşaqların cinayət məsuliyyətinə cəlb edilməsi məsələsində milli xüsusiyyətlər də nəzərə alınmalıdır.

"Uşaqların tərbiyəsi, onların şəxsiyyətinin formalaşması baxımından bu, aktual bir problemdir. Gələcəkdə yuvinal ədliyyə ilə bağlı qanun qəbul ediləndə bu məsələyə çox ehtiyatla yanaşılmalıdır. Uşaqlar arasında cinayətkarlığın vəziyyəti, statistika öyrənilməlidir. Uşaqları cinayət məsuliyyətinə cəlb etməkdə tələsməməliyik", - Abdullayev deyib.

Azərbaycan Cinayət Məcəlləsinin 20-ci maddəsinə görə bütün hallarda 16 yaşına çatmış uşaqlar cinayət məsuliyyətinə cəlb edilə bilərlər.

16 yaşına çatmamış uşaqlar isə 18 adda cinayət törətdiyi halda cinayət məsuliyyətinə cəlb edilirlər.

Bu cinayətlər sırasına qəsdən adam öldürmə, qəsdən sağlamlığa az ağır və ağır dərəcəli zərər vurma, zorlama, soyğunçuluq, quldurluq, adam oğurlama, seksual xarakterli zorakılıq hərəkətləri, hədə-qorxu ilə tələb etmə, talama məqsədilə qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə, terrorçuluq, adamları girov götürmə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etmə və ya zədələmə, ağırlaşdırıcı hallarda xuliqanlıq, odlu silah, döyüş sursatı, partlayıcı qurğuları talama və ya hədə qorxu ilə tələb etmə, narkotik vasitələri və ya psixotrop maddələri talama və ya hədə-qorxu yolu ilə tələb etmə, nəqliyyat vasitələrini və ya yolları yararsız hala salma daxildir.

Hazırda Azərbaycanda 30-dan artıq uşaq cinayət məsuliyyətinə cəlb olunduğu üçün uşaq tərbiyə müəssisəsində cəza çəkir.

Xəbər lenti

Xəbər lenti