...

Bakı şəhəri üzrə Təhsil İdarəsi jurnalistləri mükafatlandırıb

Cəmiyyət Materials 20 İyul 2011 11:37 (UTC +04:00)
Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Azərbaycan milli mətbuatının yaranmasının 136-cı ildönümü münasibətilə bir qrup jurnalisti mükafatlandırıb.
Bakı şəhəri üzrə Təhsil İdarəsi jurnalistləri mükafatlandırıb

Azərbaycan, Bakı, 20 iyul / Trend

Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Azərbaycan milli mətbuatının yaranmasının 136-cı ildönümü münasibətilə bir qrup jurnalisti mükafatlandırıb. Trend-in məlumatına görə, mükafatlandırma mərasimində çıxış edən BŞTİ-nin strateji təhlil, planlaşdırma və kadrların idarəolunması sektorunun müdiri Bəhmən Nəbiyev tədbirdə yalnız Bakı təhsilinin inkişafında xüsusi rolu olan və paytaxtın təhsil sahəsi üzrə məlumatları obyektiv işıqlandıran jurnalistlərin toplaşdığını bildirib.

Bakının təhsil sahəsi üzrə məlumatları obyektiv işıqlandırdığına görə jurnalistlərə təşəkkür edən BŞTİ-nin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı həmişə KİV-lə yüksək səviyyədə əlaqə qurmağa çalışdığını deyib. Əlızıqı BŞTİ-nin fəaliyyət göstərdiyi 5 il ərzində KİV nümayəndələrinin ona həmişə dəstək verdiyini söyləyib.

Daha sonra KİV nümayəndələrinə fəxri fərman və mükafatlar təqdim edilib.

Paytaxtın təhsil sistemində görülən işləri obyektiv işıqlandırdığına görə Trend İnformasiya Agentliyinin müxbiri də mükafatlandırılıb.

Xəbər lenti

Xəbər lenti