...

Azərbaycanın orta məktəblərində yaşı 35-dək olan istedadlı gənc müəllimlər müəyyənləşdiriləcəklər

Cəmiyyət Materials 21 İyul 2011 11:19 (UTC +04:00)
Azərbaycanın ümumi təhsil müəssisələrində çalışan istedadlı gənc müəllimlər aşkara çıxarılaraq, onların gələcək inkişafları üçün əlverişli şərait yaradılacaq.
Azərbaycanın orta məktəblərində yaşı 35-dək olan istedadlı gənc müəllimlər müəyyənləşdiriləcəklər

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın ümumi təhsil müəssisələrində çalışan istedadlı gənc müəllimlər aşkara çıxarılaraq, onların gələcək inkişafları üçün əlverişli şərait yaradılacaq. Trend-in məlumatına görə, bu, Azərbaycanın təhsil naziri Misir Mərdanovun istedadlı gənc müəllimlərin fəaliyyətinin təkmilləşdirilməsi və stimullaşdırılması tədbirləri haqqında imzaladığı əmrdə göstərilir.

Əmrdə qeyd olunur ki, belə müəllimlərin fəaliyyətlərini rəğbətləndirməklə onların daha məhsuldar və səmərəli işləməyə həvəsləndirilməsi təhsil orqanlarının başlıca vəzifələrindən biri hesab olunmalıdır.

Bu ilin oktyabrınadək yerlərdə yaşı 35-dək olan istedadlı gənc müəllimlər müəyyənləşdiriləcək və hər bir rayon (şəhər) üzrə "Məlumat bankı"ı yaradılacaq. Həmin müəllimlər haqqında məlumat daha sonra nazirliyə göndəriləcək.

Yerlərdən alınmış məlumatlar əsasında nazirlikdə vahid informasiya bazası yaradılacaq.

İstedadlı gənc müəllimlərin fəaliyyətinin rəğbətləndirilməsi və stimullaşdırılması məqsədilə yerli icra orqanları, digər aidiyyəti təşkilatlar, sponsor və xeyriyyəçilərin vasitəsilə, habelə qanunvericiliklə qadağan edilməyən mənbələr hesabına müvafiq tədbirlər görüləcək.

Yerli təhsil orqanları əmrin icrası ilə bağlı fəaliyyət planının yerinə yetirilməsi vəziyyəti barədə 2012-ci ilin yanvar və may aylarında nazirliyə yazılı hesabat göndərəcəklər.

Xəbər lenti

Xəbər lenti