...

Azərbaycanda həkimlər üçün keçirilən növbəti imtahanının nəticələri açıqlanıb

Cəmiyyət Materials 22 İyul 2011 13:16 (UTC +04:00)
Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiyası prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb.
Azərbaycanda həkimlər üçün keçirilən növbəti imtahanının nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İ.İsabalayeva/

Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiyası prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 20-də kardiologiya, revmatologiya və nevropatologiya ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 126 həkim iştirak edib. İştirakçılardan 5 həkim 100 bal toplayaraq ən yüksək nəticə göstərib.

Ümumilikdə imtahanlarda iştirak edən həkimlərdən 121 (96%) nəfər uğurlu nəticələr əldə edib.

Növbəti test imtahanları iyulun 27-də mamalıq-ginekologiya ixtisası üzrə keçiriləcək.

Azərbaycanda həkimlərin sertifikasiyasına bu ilin yanvarından başlanılıb. Sertifikasiyadan keçən həkimlər növbəti beş il ərzində tibb və əzcaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ qazanırlar.

Xəbər lenti

Xəbər lenti