...

Azərbaycanda kəskin isti hava şəraiti avqustun əvvəllərinə qədər davam edəcək

Cəmiyyət Materials 29 İyul 2011 11:42 (UTC +04:00)
Azərbaycanda kəskin isti hava şəraiti avqustun əvvəllərinə qədər davam edəcək
Azərbaycanda kəskin isti hava şəraiti avqustun əvvəllərinə qədər davam edəcək

Azərbaycan, Bakı, 29 iyul /Trend/

Azərbaycanda kəskin isti hava şəraiti avqustun 3-dək davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən cümə günü Trend-ə bildiriblər ki, maksimal temperaturun Bakıda və Abşeron yarımadasında 38-40, yarımadanın bəzi yerlərində 42 dərəcəyədək yüksələcəyi gözlənilir. Aran rayonlarında və Naxçıvan MR-da 38-42, bəzi yerlərdə 44, dağlıq rayonlarda isə 35-38 dərəcəyədək yüksələcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında iyulun 30-da hava şəraitinin günəşli keçəcəyi gözlənilir.

Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 24-27, gündüz 36-40 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 30-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, gündüz bəzi dağlıq rayonlarda arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27, gündüz 38-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə, dağlarda gecə 18-23, gündüz 30-35 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti