...

TQDK sədri Azərbaycanda şişirdilmiş attestat qiymətlərindən şikayətləndi

Cəmiyyət Materials 12 Avqust 2011 12:05 (UTC +04:00)
2011-2012-ci il ali təhsil müəssisələrinin qəbul imtahanlarında iştirak edən əlaçılardan 100 bal toplaya bilməyən abituriyentlər olub. Trend-in məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sədri Məleykə Abbaszadə bildirib.
TQDK sədri Azərbaycanda şişirdilmiş attestat qiymətlərindən şikayətləndi

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir M.Əliyev/

2011-2012-ci il ali təhsil müəssisələrinin qəbul imtahanlarında iştirak edən əlaçılardan 100 bal toplaya bilməyən abituriyentlər olub. Trend-in məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında deyib.

"Bu il əlaçı attestat alanların 1,2 faizi 0-100 bal arasında nəticə göstərib. Nəzərə alsaq ki, 2004-cü ildə bu nəticə 14 faizə bərabər idi, bu il göstərici yaxşılaşıb, lakin yalançı əlaçıların sayı daha da azalmalıdır", - Abbaszadə deyib.

Onun sözlərinə görə, qəbul imtahanlarında 0-100 bal toplayan şəxslər "2" kimi qiymətləndirilir.

"Lakin 87 faiz attestat qiyməti "3" olan abituriyent 100 baldan çox toplaya bilməyib", - sədr deyib.

Onun sözlərinə görə, bu da həmin şəxslərin attestat qiymətini şübhə altına alır.

Abbaszadə hesab edir ki, TQDK-nın nümayiş etdirdiyi nəticələrin aşkarlığı yalançı attestat qiymətlərinin aşkarlanmasına təsir göstərir.

Ümumilikdə bu il orta məktəbi qızıl diplomla və əlaçı bitirənlərin qəbul imtahanlarında orta balı 500 bal təşkil edib.

Xəbər lenti

Xəbər lenti