Azərbaycan, Bakı, 15 avqust /Trend/
Sabah Azərbaycanda havanın temperaturu nisbətən düşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bazar ertəsi Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında avqustun 16-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 22-25, gündüz 30-35 dərəcə təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında avqustun 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti təşkil edəcək.
Yaxın 3 gün ərzində Abşeron yarımadasında xəzri küləyinin davam etməsi və temperaturun tədricən enərək iqlim normasına yaxınlaşması meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Azərbaycanda mülayim hava şəraiti hökm sürəcək
Sabah Azərbaycanda havanın temperaturu nisbətən düşəcək
