...

2020-ci il Yay Olimpiya Oyunlarına Bakının namizədliyi təsdiq edilib

Cəmiyyət Materials 2 Sentyabr 2011 14:40 (UTC +04:00)
Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2020-ci il Yay Olimpiya Oyunlarına Bakının namizədliyini təsdiq edib. Bu barədə Trend-ə cümə günü Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib.
2020-ci il Yay Olimpiya Oyunlarına Bakının namizədliyi təsdiq edilib

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir M.Əliyev/

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2020-ci il Yay Olimpiya Oyunlarına Bakının namizədliyini təsdiq edib. Bu barədə Trend-ə cümə günü Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib.

Onun sözlərinə görə, yaxın zamanlarda Azərbaycanda Bakının namizədliyi ilə bağlı təşkilat komitəsi yaradılacaq.

2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsi üçün Bakı ilə yanaşı Madrid, Roma, Tokio, İstanbul və Qətərin paytaxtı Doha şəhəri də namizədliklərini irəli sürüblər. "İlk təqdimat 2012-ci ilin fevral ayında baş tutmalıdır", - Hüseynzadə bildirib.

BOK ikipilləli seçimdən sonra 7 sentyabr 2013-cü ildə Argentinanın paytaxtı Buenos-Ayres şəhərində Olimpiyadaya ev sahibliyi edəcək şəhərin adını açıqlayacaq.

Azərbaycanın Milli Olimpiya Komitəsi Bakının namizədliyini 2016-cı il Yay Olimpiya Oyunları üçün də irəli sürmüşdü. Lakin BOK 2016-cı ildə Olimpiadanın Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilməsini qərara alıb.

Xəbər lenti

Xəbər lenti