...

Azərbaycanın Kür və Araz çayı sahilində yerləşən rayonlarında əlavə sutəmizləyici qurğular quraşdırılacaq

Cəmiyyət Materials 7 Sentyabr 2011 12:28 (UTC +04:00)
Azərbaycanın Kür və Araz çayı sahilində yerləşən rayonlarında daha 7-8 sutəmizləyici qurğu quraşdırılacaq. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.
Azərbaycanın Kür və Araz çayı sahilində yerləşən rayonlarında əlavə sutəmizləyici qurğular quraşdırılacaq

Azərbaycan, Qəbələ, 7 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Kür və Araz çayı sahilində yerləşən rayonlarında daha 7-8 sutəmizləyici qurğu quraşdırılacaq. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.

Nazirin sözlərinə görə, ilin sonuna qədər yeni qurğuların test rejimində istifadəyə verilməsi gözlənilir.

"Həmin qurğular müstəqil şəkildə uzun müddət işləyə bilir, öz-özünü avtomatik təmizləyir və istismarı daha asandır", - Bağırov deyib.

Onun sözlərinə görə, yeni sutəmizləyici qurğuların üç-dörd ay sınaqdan keçirilib 2012-ci ilin birinci kvartalına kimi istifadəyə verilməsi gözlənilir.

Nazir bildirib ki, rayonlarda bir neft konsersumunun köməyi ilə ictimai qurum tərəfindən quraşdırılmış sutəmizləyici qurğuların çoxu işləmir.

"Çünki həmin qurğular çox elektrik enerjisi tələb edir, bəsit qurğulardır, tez sıradan çıxırlar. Həmin qurğuları istifadə edən şirkətlər bizə bu qurğuların bizim quraşdırdığımız qurğularla əvəzlənməsi ilə bağlı müraciət edirlər", - Bağırov deyib.

Xəbər lenti

Xəbər lenti