...

Ermənistan Prezidenti Administrasiyası rəhbərinin vəzifələrini onun müavini yerinə yetirəcək

Cəmiyyət Materials 9 Sentyabr 2011 20:57 (UTC +04:00)
Ermənistan Prezidenti Administrasiyası rəhbərinin vəzifələrini müvəqqəti olaraq onun müavini yerinə yetirəcək.
Ermənistan Prezidenti Administrasiyası rəhbərinin vəzifələrini onun müavini yerinə yetirəcək

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

Ermənistan Prezidenti Serj Sarkisyanın sərəncamı ilə Prezident Administrasiyasının rəhbəri vəzifəsinin icrası müvəqqəti olaraq keçmiş administrasiya rəhbərinin müavini Vigen Sarkisyana həvalə olunub. Trend-in məlumatına görə, bu barədə ARKA agentliyi dövlət başçısının mətbuat xidmətinə istinadən bildirib.

Bu gün prezidentin sərəncamı ilə administrasiyanın rəhbəri Karen Karapetyan tutduğu vəzifədən öz ərizəsi ilə azad olunub. O, bu vəzifədə 3 il çalışıb.

Xəbər lenti

Xəbər lenti