Azərbaycan, Bakı, 17 sentyabr /Trend/
Hidrometeoroloqlar sabah Azərbaycanda havanın qeyri-sabit keçəcəyini proqnozlaşdırırlar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 16-21, gündüz 23-28 dərəcə təşkil edəcək.
Azərbaycanın rayonlarında isə sabah bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 24-29, dağlarda gecə 8-13, gündüz 14-19 dərəcə təşkil edəcək.
Yaxın 2 gün ərzində Abşeron yarımadasında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, mülayim şimal küləyinin üstünlük təşkil edəcəyi gözlənilir.