• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Cəmiyyət

Bu gün böyük Azərbacan şairi Məhəmmədhüseyn Şəhriyarın vəfat etdiyi gündür

18 Sentyabr 2011 13:16 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, bakı, 18 sentyabr /Trend/

Sentyabrın 18-i böyük Azərbacan şairi Məhəmmədhüseyn Şəhriyarın vəfat etdiyi gündür. Bu gün İran milli şeir və ədəbiyyat günü kimi qeyd olunur. Bu barədə İranın İRİNN televiziya kanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, bu münasibətlə İranın müxtəlif şəhər və rayonlarında Məhəmmədhüseyn Şəhriyarın xatirəsi anılır. Həmin kanalda Şəhriyarın həyatından bəhs edən videomateriallar nümayiş etdirilir.

Şəhriyarın vəfat etdiyi gün - sentyabrın 18-i 2002-ci ildən İran milli şeir və ədəbiyyat günü kimi Parlamentdə təsdiq olunub.

Seyid Məhəmmədhüseyn Behcət Təbrizi daha çox "Şəhriyar" təxəllüsü ilə tanınan böyük Azərbaycan-İran şairidir. Şeirlərini Azərbaycan və fars dillərində yazmışdır. Şəhriyar 1906-cı ildə Təbriz yaxınlığındakı Xoşginab kəndində anadan olub. O, ibtidai və orta məktəbləri Təbrizdə başa çatdırıb, məşhur "Talibiyyə" ruhani mədrəsəsində isə görkəmli müəllimlərdən ərəb dili və ədəbiyyatdan dərs alıb. İlk şeiri Təbrizdəki "Məhəmmədiyyə" orta məktəbinin buraxdığı "Ədəb" adlı jurnalda dərc olunub. Şəhriyarın ilk şeir kitabı 1931-ci ildə Tehranda üç böyük şair və alimin - Məliküşşüəra Baharın, Səid Nəfisinin və Pəjman Bəxtiyarinin müqəddimələri ilə nəşr edilib. Milli ədəbiyyatın, mədəniyyətin qorunması və inkişafı uğrunda fədakarlıqla çalışan vətənpərvərlərin səyi ilə "Heydərbabaya salam" əsəri 1954-cü ilin mart ayında Təbrizdə nəşr olunub. Həmin nəşrə müqəddimə yazmış alimlər - Mehdi Rövşənzəmir və Əbdüləli Karəng onu yüksək dəyərləndirib; haqlı olaraq bu poemanın dünya ədəbiyyatının bir sıra nadir əsərləri ilə eyni səviyyədə dayandığını deyiblər. Məhəmmədhüseyn Şəhriyarın vəfat etdiyi gün - 18 sentyabr hər il İranda Milli şeir günü kimi qeyd edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Kateqoriyasında olan digər xəbərlər
İlahiyyat İnstitutu rektoru beynəlxalq konfransda çıxış edib (FOTO)
Cəmiyyət 10:29
İyundan etibarən Bakı metrosu üçün hər ay yeni vaqonlar gətiriləcək
Cəmiyyət 10:14
Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu BAŞLADI
Cəmiyyət 09:30
Sumqayıtda avtobus qəzasında xəsarət alanların SON VƏZİYYƏTİ: (ADLAR)
Cəmiyyət 09:06
Baş mühəndis: Gələcəkdə Bakı metrosunda qatarlar radiodalğalarla idarə olunacaq (MÜSAHİBƏ)
Cəmiyyət 07:45
Azərbaycan ekskursiya istirahəti üzrə MDB-nin ən yaxşı ölkələri reytinqinin ilk üçlüyündə
Turizm 01:45
Xəbər lenti
Millət vəkili: Xüsusi bir ictimai sifariş olmadan mütləq mitinq keçirməyə cəhd etmək doğru yanaşma deyil
Siyasət 10:47
Bu il Bakının 4 rayonunda “DOST” mərkəzlərinin yaradılması nəzərdə tutulur
İqtisadiyyat 10:41
Şəkidə avtomobillərdən oğurluq edənlər saxlanılıb
Hadisə 10:34
İlahiyyat İnstitutu rektoru beynəlxalq konfransda çıxış edib (FOTO)
Cəmiyyət 10:29
Ötən gün yol qəzalarında 1 nəfər ölüb, 21 nəfər xəsarət alıb
Hadisə 10:25
Azərbaycan və Dünya Bankı arasında 50-dək layihə icra olunub, 7 layihə üzrə işlər davam etdirilir
İqtisadiyyat 10:19
İyundan etibarən Bakı metrosu üçün hər ay yeni vaqonlar gətiriləcək
Cəmiyyət 10:14
Türkiyədə 395 hərbçi saxlanıldı
Dünya xəbərləri 10:05
Politoloq: Müxalifət özü də bilir ki, bu aksiyalar mənasızdır, xalqın iradəsini ifadə etmir
Siyasət 09:55
Ən çox oxunanlar
MTRŞ sədri: Azərbaycanda yeni ixtisaslaşmış xəbər kanalı açıla bilər (ÖZƏL)
MTRŞ sədri: Azərbaycanda yeni ixtisaslaşmış xəbər kanalı açıla bilər (ÖZƏL)
Sumqayıtda marşrut avtobusu qəzaya uğradı - 31 sərnişin xəstəxanada
Daşkəsəndə dayı bacısı qızını qaçıranın başını kəsdi
Metrodan istifadə edənlərə ŞAD XƏBƏR! (FOTO)
Nəzər nöqtəsi
Politoloq: Müxalifət özü də bilir ki, bu aksiyalar mənasızdır, xalqın iradəsini ifadə etmir

Politoloq: Müxalifət özü də bilir ki, bu aksiyalar mənasızdır, xalqın iradəsini ifadə etmir

Ekspert: Əli Kərimli və ətrafının hakimiyyətin atdığı addımları "öz əməyinin nəticəsi" kimi göstərməyə çalışması çox gülüncdür
Bəhruz Quliyev: Radikal və dağıdıcı təfəkkürə malik müxalif liderlər üçün qanun hər zaman arxa planda olub.
Siyavuş Novruzov: Hökumətin bütün sahələrdəki problemləri diqqət mərkəzində saxlaması müxalifəti əndişələndirir
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri