...

Ermənistandan İrana 72 540 baş qoyun idxal olunub

Cəmiyyət Materials 6 Oktyabr 2011 14:22 (UTC +04:00)
Bu ilin ilk altı ayı ərzində Ermənistandan İranın Şərqi Azərbaycan əyalətinə 72 540 baş qoyun idxal olunub. Bunu İranın Şərqi Azərbaycan əyalətinin Baytarlıq İdarəsinin baş direktoru Behrad Zəndiyə deyib.
Ermənistandan İrana 72 540 baş qoyun idxal olunub

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

Bu ilin ilk altı ayı ərzində Ermənistandan İranın Şərqi Azərbaycan əyalətinə 72 540 baş qoyun idxal olunub. Bunu İranın Şərqi Azərbaycan əyalətinin Baytarlıq İdarəsinin baş direktoru Behrad Zəndiyə deyib. Bu barədə Trend İranın İRNA dövlət xəbər agentliyinə istinadən məlumat verir.

Zəndiyə bildirib ki, Ermənistandan qoyun idxalı quraqlıq nəticəsində Şərqi Azərbaycan əyalətində ətə olan təlabatı təmin etmək məqsədi ilə həyata keçirilib.

Onun sözlərinə görə, cari ilin ilk altı ayı ərzində İrandan Ermənistan, İspaniya, Türkiyə və digər ölkələrə, eləcə də Naxçıvan Muxtar Respublikasına 52 ton toyuq, 228 min ədəd cücə, 1 ton bal, 600 kiloqram diri balıq və digər məhsulları ixrac olunub.

Xəbər lenti

Xəbər lenti