...

Əcnəbilərin Azərbaycan folklor nümunələrindən istifadəyə görə ödəyəcəyi məbləğ açıqlanıb

Cəmiyyət Materials 21 Oktyabr 2011 18:19 (UTC +04:00)
Nazirlər Kabineti xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan hüdudlarından kənarda Azərbaycan folkloru nümunələrindən kommersiya məqsədi ilə istifadəsinə icazə verilməsi qaydalarını və istifadəyə görə haqqın məbləğini təsdiq edib.
Əcnəbilərin Azərbaycan folklor nümunələrindən istifadəyə görə ödəyəcəyi məbləğ açıqlanıb

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir M.Əliyev/

Nazirlər Kabineti xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan hüdudlarından kənarda Azərbaycan folkloru nümunələrindən kommersiya məqsədi ilə istifadəsinə icazə verilməsi qaydalarını və istifadəyə görə haqqın məbləğini təsdiq edib. Trend-in məlumatına görə, bu barədə cümə günü Nazirlər Kabinetinin yaydığı məlumatda bildirilir.

Hokumətin qərarına görə, folklor nümunəsinin dərc edilməsi, surətinin çıxarılması, o cümlədən CD, DVD və s. növ maddi daşıyıcıya yazılmaqla və saytda yerləşdirilməklə nüsxələrinin yayılmasına, həmçinin folklor nümunəsinin kütləvi deklamasiyası və ya ifasına görə 1200 ABŞ dolları, folklor nümunəsinin radio, televiziya və kabel televiziyası ilə kütləvi bildirişinə görə 1000 ABŞ dolları, folklor nümunəsinin interaktiv kütləvi bildirişinə görə 500 ABŞ dolları ödənilməlidir.

Folklor nümunələrindən istifadə üçün sifarişçi Azərbaycan Müəllif Hüquqları Agentliyinə müraciət etməlidir. Həmin nümunələrin kommersiya məqsədi ilə Azərbaycan hüdudlarından kənarda istifadəsinə görə istifadəçi ilə Agentlik arasında lisenziya müqaviləsi bağlanmalıdır.

Azərbaycan parlamenti 2011-ci ilin may ayında "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" qanuna əlavə və dəyişiklikləri təsdiq edib.

Xəbər lenti

Xəbər lenti