...

Əmək və əhalinin sosial müdafiəsi naziri vətəndaşları qəbul edib

Cəmiyyət Materials 21 Oktyabr 2011 18:32 (UTC +04:00)
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaş müraciətlərinin yerində və vətəndaşların şəxsən iştirakı ilə araşdırılması işləri davam etdirilir.
Əmək və əhalinin sosial müdafiəsi naziri vətəndaşları qəbul edib

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaş müraciətlərinin yerində və vətəndaşların şəxsən iştirakı ilə araşdırılması işləri davam etdirilir. Oktyabrın 21-də əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov Göyçay və Şirvan rayonlarında olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən cümə günü Trend-ə verilən məlumata görə, nazir Fizuli Ələkbərov nazirliyin həmin rayonlar və ümumən ətraf rayonlar da daxil olmaqla, 14 rayon üzrə fəaliyyət göstərən strukturlarının, o cümlədən Əhalinin Sosial Müdafiəsi mərkəzləri və Tibbi-sosial ekspert komissiyalarının fəaliyyəti ilə bağlı Azərbaycan Prezidentinə, həmçinin Nazirlər Kabinetinə, Milli Məclisə, Ombudsman Aparatına, ayrı-ayrı instansiyalara, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət ərizələri ünvanlamış vətəndaşları qəbul edib.

Vətəndaşların müraciətlərinin dinlənilməsi və nazirliyin uyğun şöbələrinin mütəxəssisləri tərəfindən şikayət ərizələrinin yerində obyektiv tərzdə araşdırılması zamanı əsassız şikayətlərlə yanaşı, bir sıra haqlı narazılıqların olduğu da müəyyən edilib.

Hər bir vətəndaş müraciətində qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun və ədalətli həlli ilə əlaqədar müvafiq strukturlara göstəriş verən nazir, ətəndaşların haqlı narazılığına səbəb olan hallara yol vermiş yerli qurumların fəaliyyətinin ciddi şəkildə araşdırılması, hər hansı qanunsuzluq faktının aşkarlandığı təqdirdə bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat təqdim edilməsi, habelə vəzifəsində nöqsanlara yol vermiş əməkdaşlar barədə tədbirlər görülməsi barədə nazirliyin aidiyyəti qurumlarına tapşırıq verib. Tapşırığa uyğun olaraq, yaxın günlərdən etibarən araşdırmalara başlanacaq.

Nazir tərəfindən müvafiq vətəndaşların yaşadıqları bölgədə onların şəxsi iştirakı ilə qəbulu və müraciətlərinin araşdırılması işləri digər rayonlarda da davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti