...

Bakının Sabunçu və Xəzər rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

Cəmiyyət Materials 3 Noyabr 2011 17:08 (UTC +04:00)
Bakının Sabunçu və Xəzər rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.
Bakının Sabunçu və Xəzər rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir E.İsmayılov/

Bakının Sabunçu və Xəzər rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

"Digah-Buzovna (Cənub)" qaz kəmərində aparılan təmir işləri ilə əlaqədar noyabrın 4-də saat 09:00-dan 18:00-dək qaz təchizatı dayandırılacaq.

Trend-in cümə axşamı ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, təmir işləri aparılan müddətdə Bakının Sabunçu və Xəzər rayonlarının Binə, Qala, "Hövsan südçülük", Türkan, Buzovna, Mərdəkan, Şüvəlan, Zabrat-I, Zabrat-II, Kürdəxanı, Pirşağı, Bilgəh, Nardaran, Maştağa və Albalılıq qəsəbələrinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.

Xəbər lenti

Xəbər lenti