...

Avrasiya məkanında əmək miqrantlarının sosial müdafiəsi sahəsindəki problemlər müzakirə olunub

Cəmiyyət Materials 14 Noyabr 2011 11:56 (UTC +04:00)
Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nümayəndə heyəti Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) "Avrasiya məkanında əmək miqrantlarının sosial müdafiəsi"nə dair işçi qrupunun növbəti iclasında iştirak edib.
Avrasiya məkanında əmək miqrantlarının sosial müdafiəsi sahəsindəki problemlər müzakirə olunub

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nümayəndə heyəti Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) "Avrasiya məkanında əmək miqrantlarının sosial müdafiəsi"nə dair işçi qrupunun növbəti iclasında iştirak edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi DSMF-nin İctimaiyyətlə əlaqələr sektoru məlumat yayıb.

Cenevrə şəhərində keçirilən iclasda Avrasiya məkanında əmək miqrantlarının sosial müdafiəsi məsələləri, problemlər və onların həlli istiqamətləri müzakirə olunub, bu məsələ ilə bağlı müxtəlif ölkələrin sosial müdafiə sistemləri təhlil edilib. Müzakirələr zamanı bu sahədə çoxtərəfli, ikitərəfli müqavilələrin bağlanılmasının əhəmiyyətindən danışılıb və tövsiyələrin hazırlanması istiqamətində təkliflər verilib.

Məlumata görə, iclasda DSMF-nin Maliyyə-büdcə şöbəsinin müdiri İdris İsayev xüsusi təqdimatla çıxış edib. Təqdimat zamanı Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması sahəsində görülən tədbirlər barədə ətraflı məlumat verilib.

Xəbər lenti

Xəbər lenti