...

ARDNŞ-nin Gəncə Müalicə Diaqnostika Mərkəzi Prezident Administrasiyasının balansına verilib

Cəmiyyət Materials 17 Noyabr 2011 11:57 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) balansında olan Gəncə Müalicə Diaqnostika Mərkəzi Prezident Administrasiyası yanında Xüsusi İdarənin balansına verilib.
ARDNŞ-nin Gəncə Müalicə Diaqnostika Mərkəzi Prezident Administrasiyasının balansına verilib

Azərbaycan, Bakı, 17 noyabr / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) balansında olan Gəncə Müalicə Diaqnostika Mərkəzi Prezident Administrasiyası yanında Xüsusi İdarənin balansına verilib. Bu barədə cümə axşamı Trend-ə ARDNŞ-nin Sosial İnkişaf İdarəsindən məlumat verilib.

Mərkəz "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı" çərçivəsində ARDNŞ-nin maliyyə vəsaiti hesabına tikilib. Bu tibb müəssisəsinin təməli 2005-ci ilin 11 oktyabrında qoyulub. 2008-ci il sentyabrın 24-də ölkə Prezidentinin iştirakı ilə Mərkəzin açılışı olub.

İki hektar sahəsi olan, dörd mərtəbəli, 20 çarpayılıq Gəncə Müalicə Diaqnostika Mərkəzi ən müasir tibb avadanlıqları ilə təchiz edilib. Mərkəzdə 200-dən çox işçi çalışır.

Xəbər lenti

Xəbər lenti