...

Azərbaycan cüdoçusu Avropa çempionatında qızıl medal qazanıb

Cəmiyyət Materials 19 Noyabr 2011 12:55 (UTC +04:00)
Avropa çempionatında Azərbaycan idmançısı Bayram Mustafayev böyük uğur qazanıb.
Azərbaycan cüdoçusu Avropa çempionatında qızıl medal qazanıb

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

Yay Paralimpiya Oyunlarından öncə sonuncu lisenziya xarakterli turnirdə - Londonda keçirilən cüdo üzrə Avropa çempionatında Azərbaycan idmançısı Bayram Mustafayev böyük uğur qazanıb.

Trend-in məlumatına görə, bu barədə şənbə günü Azərbaycan Milli Paralimpiya Komitəsinin məlumatında deyilir.

Yarışın ilk günündə 66 kq çəki dərəcəsində iştirak edən Mustafayev finalda rusiyalı rəqibini asanlıqla məğlub edərək yığmamıza ilk qızıl medal qazandırıb.

Xəbər lenti

Xəbər lenti