...

Azərbaycanda sertifikat almadan işləyən bələdçilərin fəaliyyəti qanunsuz hesab ediləcək

Cəmiyyət Materials 22 Noyabr 2011 11:12 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi ölkədə sertifikat almadan işləyən bələdçilərin fəaliyyətini qanunsuz hesab edəcək.
Azərbaycanda sertifikat almadan işləyən bələdçilərin fəaliyyəti qanunsuz hesab ediləcək

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ölkədə sertifikat almadan işləyən bələdçilərin fəaliyyətini qanunsuz hesab edəcək. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Onun sözlərinə görə, gələn ilin yayına qədər bələdçilər sertifikat almalıdırlar.

"Savadlı olsa da, bələdçi sənədlərini əldə etməyən insanlara sözsüz ki, müəyyən məhdudiyyətlər qoyulacaq. Söhbət ondan gedir ki, bələdçilərin müəyyən qismi sovet dövründə yazılmış, bizim milli dəyərlərimizin əhəmiyyətini bugünkü qədər dərk etməyə imkan vernəyən dərsliklər əsasında təhsil alıblar. Biz müstəqil ölkə olaraq, bu sahəyə yeni baxışla baxırıq. Müasir Azərbaycanın gerçəkliklərini çatdırmaq üçün savadlı kadr potensialı lazımdır", - nazir qeyd edib.

O əlavə edib ki, sertifikat alan bələdçilər bu fəaliyyət növü üzrə 5 il müddətinə işləmək hüququ əldə edirlər.

Qarayevin sözlərinə görə, bələdçilərin hər biri peşəkar olmalıdır. Bunun üçün hər bir bələdçinin Azərbaycan Turizm İnstitutunda təşkil olunan bələdçi kurslarında iştirak etməsi vacibdir.

"Bütün sivil ölkələrdə olduğu kimi, Azərbaycanda da bütün turist bələdçilərinin əlində və ya boynundan asılmış formada xüsusi bəciklər olmalıdır", - Qarayev əlavə edib.

Nazir bildirib ki, turist ölkəyə gəlməmişdən əvvəl secdiyi bələdçi ilə müqavilə bağlaya biər.

Xəbər lenti

Xəbər lenti