...

Tbilisidə "Buta" Azərbaycan restoranı açılıb (FOTO)

Cəmiyyət Materials 12 Dekabr 2011 13:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 dekabr /Trend/

Tbilisidə Barataşvili küçəsi, 17 ünvanında "Buta" adlı Azərbaycan restoranının açılışı olub.

Trend-in məlumatına görə, açılış mərasimində Azərbaycan şirkətləri, Azərbaycanın Gürcüstandakı səfirliyi, Gürcüstan KİV-inin, şou-biznesin, "Ceyran" rəqs ansamblının təmsilçiləri iştirak edib.

Restoranın sahibi Mətanət Süleymanova bildirib ki, restoranın açılışından öncə marketinq araşdırması aparılıb və nəticədə Tbilisidə Azərbaycan restoranının açılmasına tələbatın olduğu məlum olub.

Restoranda qonaqlara Azərbaycan, gürcü və Avropa mətbəxi təqdim olunacaq. Restoranın birinci mərtəbəsində Şərq zalında çay dəstgahları təşkil olunacaq, qonaqlara Azərbaycan çayı və milli şirniyyatlar təqdim olunacaq. "Buta"da Azərbaycan musiqisi və mahnıları səsləndiriləcək, milli rəqslər göstəriləcək.

Restoran sahibi "Buta" restoranının Azərbaycan və Gürcüstan mədəniyyətlərinin yaxınlaşması simvolu olacağına ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti