...

Azərbaycanın regionlarında hotellərdə Yeni il bayramı keçirmək 400-500 manata başa gəlir

Cəmiyyət Materials 19 Dekabr 2011 13:52 (UTC +04:00)
Yeni il bayramı ilə əlaqədar regionlardakı hotellərdə 2-3 günlük istirahətin qiyməti təxminən 400-500 manat olacaq.
Azərbaycanın regionlarında hotellərdə Yeni il bayramı keçirmək 400-500 manata başa gəlir

Azərbaycan, Bakı, 19 dekabr / Trend müxbir İ.İsabalayeva/

Yeni il bayramı ilə əlaqədar regionlardakı hotellərdə 2-3 günlük istirahətin qiyməti təxminən 400-500 manat olacaq. Bunu jurnalistlərə müsahibəsində Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev deyib.

Bunu normal qiymət hesab edən İsmiyev bildirib ki, bu xidmətlərin sırasına Yeni il gecəsi ilə əlaqədar şou, hoteldə qalma və qidalanma daxildir.

Şöbə müdiri bildirib ki, Yeni illə əlaqədar respublikadakı hotellər müxtəlif bayram tədbirləri hazırlayır, turizm şirkətləri turlar təşkil edirlər.

O qeyd edib ki, Azərbaycanda Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərinin sayı az olduğu üçün ölkədən gedənlərin sayı da az olacaq.

İsmiyev bildirib ki, Yeni ili qeyd etmək üçün azərbaycanlılar adətən yaxın ölkələrə səfər edirlər. "Mən bildiyimə görə, bu il Praqa da Yeni il qeyd edilən şəhərlərin sırasına daxil olub", - şöbə müdiri deyib.

Xəbər lenti

Xəbər lenti