...

Azərbaycanın sürüşmə zonalarının xəritəsi hazırlanacaq

Cəmiyyət Materials 10 Yanvar 2012 11:39 (UTC +04:00)
Azərbaycanın sürüşmə zonalarının xəritəsinin hazırlanması nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun direktoru Akif Əlizadə deyib.
Azərbaycanın sürüşmə zonalarının xəritəsi hazırlanacaq

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın sürüşmə zonalarının xəritəsinin hazırlanması nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun direktoru Akif Əlizadə deyib.

Onun sözlərinə görə, ölkənin sürüşməyə meyilli zonaları çoxdur. Həmin ərazilər Bakı-Abşeron, Mingəcevir, Lənkəran-Talış zonasında, Böyük Qafqazdadır.

"Bu ərazilər Azərbaycanın geoloji baxımdan zəif nöqtələridir. Ona görə də bunların xəritələri hazırlanmalıdır", - Əlizadə deyib.

O, Lerikdə ötən ilin sonunda baş verən sürüşmənin səbəbini də açıqlayıb. Əlizadə bunun geoloji quruluşdan baş verdiyini bildirib.

"Orada sürüşmə süxurları bir qədər bərkiməmiş yerlərdə yaranır. Bunu da əmələ gətirən rütubətin olması, yağışın hədindən artıq miqdarda yağmasıdır. Bəzi hallarda texnogen faktorlar sürüşməni bir qədər də intensivləşdirir", - Əlizadə əlavə edib.

Xəbər lenti

Xəbər lenti