...

Vergilər Nazirlyində 20 yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir

Cəmiyyət Materials 19 Yanvar 2012 14:59 (UTC +04:00)
Vergilər Nazirliyində 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.
Vergilər Nazirlyində 20 yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Vergilər Nazirliyində 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata göər, tədbir açıq elan edildikdən sonra Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Mərasimdə çıxış edən Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov qeyd etmişdir ki, 1990-cı il yanvarın 20-də keçmiş sovet dövlətinin silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qanlı aksiya insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşmüşdür. Həmin günlərdə Azərbaycan xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Azərbaycanın informasiya blokadasına alındığı həmin vaxtda ümummilli lider Heydər Əliyevin o zamankı çox ağır bir şəraitdə heç nədən çəkinmədən Moskva şəhərindəki Azərbaycan nümayəndəliyinə gələrək xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırması, öz xalqı ilə birlikdə olduğunu aşkar şəkildə nümayiş etdirməsi minnətdarlıq hissi ilə xatırlanmışdır. Qanlı Yanvar hadisələrinə əsl siyasi-hüquqi qiymət də yalnız Ulu öndərin yenidən hakimiyyətə qayıtmasından sonra verilmiş, faciənin günahkarlarının adları açıqlanmışdır. Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutmuş, onların adlarının əbədiləşdirilməsi məqsədilə bir sıra fərman və sərəncamlar imzalamış, 20 Yanvar ümumxalq hüzn günü elan olunmuşdur.

Tədbirdə xüsusi vurğulanmışdır ki, bu gün də Azərbaycan xalqı və 20 yanvar qurbanlarına və şəhid ailələrinə həmişə diqqət və qayğı ilə yanaşırlar. heç vaxt unutmayacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəhid ailələrini daim diqqətdə saxlayır, onların ehtiyaclarının ödənilməsi, sosial problemlərinin həlli ilə bağlı konkret tədbirlər həyata keçirir.

Mərasimdə çıxış edən natiqlər Yanvar faciəsi barədə danışarkən bu cinayətin yüz ildən artıq bir dövr ərzində Azərbaycan xalqına qarşı yönəldilmiş soyqırım siyasətinin bir həlqəsi olduğunu vurğulamaqla bərabər bildirmişdir ki, yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməmişdir. Bir tərəfdən tariximizin kədərli, digər tərəfdən isə qəhrəmanlıq səhifəsi olan həmin gün azadlıq uğrunda mübarizliyinin və sarsılmazlığının nümayişi günü kimi xalqımızın xatirəsində əbədi yaşayacaqdır.

Tədbir iştirakçıları Vergilər Nazirliyinin foyesində təşkil edilmiş 20 Yanvar faciəsindən bəhs edən kitab və fotoşəkil sərgisi ilə tanış olmuşlar.

Xəbər lenti

Xəbər lenti