Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbərinə baş ədliyyə müşaviri (polkovnik) xüsusi rütbəsi verilib.
Trend-in məlumatına görə, mətbuat xidmətinin rəhbəri Eldar Sultanova baş prokuror Zakir Qaralovun əmri ilə polkovnik rütbəsi verilib.
Sultanov bu vəzifədə 2008-ci ilin dekabrından çalışır. Bundan əvvəl o, Baş Prokurorluğun Təşkilat-Analitik İdarəsində prokuror vəzifəsində işləyib.