...

Azərbaycanda gənclərlə bağlı yeni layihə həyata keçiriləcək

Cəmiyyət Materials 15 Fevral 2012 12:56 (UTC +04:00)
MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun təşkilatçılığı ilə Bakıda fevralın 15-16-da "Gənclər üçün Sosial Xidmət Müəssisələrinin Beynəlxalq Laboratoriyası" adlı layihə həyata keçiriləcək.
Azərbaycanda gənclərlə bağlı yeni layihə həyata keçiriləcək

Azərbaycan, Bakı, 15 fevral / Trend müxbir E.Mehdiyev/

MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun təşkilatçılığı ilə Bakıda fevralın 15-16-da "Gənclər üçün Sosial Xidmət Müəssisələrinin Beynəlxalq Laboratoriyası" adlı layihə həyata keçiriləcək. Trend-in məlumatına görə, çərşənbə günü layihənin təqdimatı ilə bağlı tədbir keçirilib.

Tədbirdə bildirilib ki, layihə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "İnkişaf naminə təşəbbüs" qeyri-hökümət təşkilatı tərəfindən həyata keçirilir.

Layihənin məqsədi gənclər üçün təqdim olunan sosial xidmətlərin effektivliyinin və keyfiyyətinin yüksəldilməsini təmin edən platformanın yaradılmasıdır.

Belə platforma MDB-nin iştirakçı dövlətlərində mövcud olan sosial xidmət müəssisələrinin informasiya, təşkilati, hüquqi, metodoloji, kadr təminatı sahələrində təcrübə mübadiləsi vasitəsi ilə formalaşdırılır.

"Gənclər üçün Sosial Xidmət Müəssisələrinin Beynəlxalq Laboratoriyası"nda Azərbaycan, Belarus, Moldova, Rusiya, Qırğızıstan, Tacikistan, Ukrayna mütəxəssisləri, gənclər üçün sosial xidmət mərkəzlərinin, müəssisələrinin əməkdaşları, həmçinin gənclər siyasətinə cavabdeh olan dövlət qurumlarının təmsilçiləri iştirak edəcəklər.

Tədbir çərçivəsində müasir sosial xidmət müəssisələrinin psixoloji dəstəyin göstərilməsi, istedadlı və yaradıcı gənclərin inkişafının dəstəklənməsi, peşəyönümlü işlərin təşkili (məlumatlandırma, konsultasiya, diaqnostika) istiqamətləri üzrə təqdimatlar keçiriləcək.

Layihə çərçivəsində www.sociolab.az informasiya resursu yaradılıb.

Xəbər lenti

Xəbər lenti