...

Ombudsman Xədicə İsmayılovanın məsələsi ilə bağlı Baş prokurora müraciət edib

Cəmiyyət Materials 15 Mart 2012 20:19 (UTC +04:00)
Ombudsman Xədicə İsmayılovanın məsələsi ilə bağlı Baş prokurora müraciət edib.
Ombudsman Xədicə İsmayılovanın məsələsi ilə bağlı Baş prokurora müraciət edib

Azərbaycan, Bakı, 15 mart /Trend/

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova beynəlxalq hüquq normalarına və milli qanunvericiliyə əsasən, hər bir kəsin şəxsi həyatına müdaxilənin yolverilməzliyini nəzərə alaraq, "Azadlıq Radiosu"nun Bakı bürosunun əməkdaşı Xədicə İsmayılovanın məsələsi ilə bağlı Azərbaycanın Baş prokuroruna müraciət edib. Bu barədə cümə axşamı Trend-ə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

"Aldığımız məlumatda Xədicə İsmayılovanın özəl həyatına müdaxilə edildiyi, onunla bağlı videogörüntülərin internet səhifələrində yayıldığı, bu hərəkətlərin onun jurnalist fəaliyyəti ilə əlaqələndirildiyi bildirilib", - məktubda deyilir.

Ombudsman qeyd edilənləri diqqətə çatdıraraq, Xədicə İsmayılovanın fundamental insan hüquqlarından olan şəxsi həyatın toxunulmazlığı hüququnun pozulmasına səbəb olmuş bu halın araşdırılmasını, günahkar şəxslərin tapılaraq məsuliyyətə cəlb edilməsini və nəticəsi barədə məlumat verilməsini xahiş edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycanın internet məkanında "Azadlıq Radiosu"nun Azərbaycan bürosunun əməkdaşı Xədicə İsmayılovanın şəxsi həyatına aid videogörüntülər yayılıb.

Xəbər lenti

Xəbər lenti