Bakının bəzi ərazilərinə suyun verilişi müvəqqəti dayandırılıb

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda magistral su xəttində qəza baş verdiyi üçün Xətai rayonunun bəzi ərazilərinə suyun verilişi müvəqqəti dayandırılıb.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nobel prospektində magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar paytaxtın Xətai rayonunun bəzi ərazilərinə içməli suyun verilişi müvəqqəti dayandırılıb.
Bununla əlaqədar martın 30-31-də Xətai rayonunun Əhmədli kəndi, Zığ şosesi, "Qara şəhər", Həzi Aslanov, NZS, UPD yaşayış massivlərinə və Nobel prospektinə içməli suyun verilməsində fasilələr olacaq.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.