...

Azərbaycan məktəblərində "Son zəng"in yalnız 3 saat ərzində keçirilməsinə icazə verildi

Cəmiyyət Materials 25 May 2012 16:40 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Misir Mərdanov ümumtəhsil məktəblərində “Son zəng” tədbirinin keçirilməsi haqqında əmr verib.
Azərbaycan məktəblərində "Son zəng"in yalnız 3 saat ərzində keçirilməsinə icazə verildi

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın təhsil naziri Misir Mərdanov orta məktəblərdə "Son zəng" tədbirinin mayın 31-də saat 10:00-dan başlayaraq üç saat müddətində yalnız müəssisənin ərazisində keçirilməsinə icazə verib. Nazirliyin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, bununla bağlı təhsil naziri Misir Mərdanov əmr verib.

Ümumtəhsil məktəblərində təşkil olunan "Son zəng" tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələrinin iştirakı təmin ediləcək.

Əmrdə qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri "Son zəng"in məzmunlu keçirilməsi ilə bağlı təşkilati işləri vaxtında başa çatdırmalı, şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədilə zəruri tədbirlər görməlidirlər. Bu tədbiri məzunların həyatında yadda qalan əlamətdar hadisəyə çevirmək üçün valideynlərlə pedaqoji kollektivin birgə səmərəli fəaliyyətinə nail olunmalıdır.

Xəbər lenti

Xəbər lenti