...

"Danışan Tarix: Qarabağ" simulyasiya oyunu keçirilib (FOTO)

Cəmiyyət Materials 30 May 2012 17:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir E.Mehdiyev/

Bu gün Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Diplomatiya işçi qrupu "Danışan Tarix: Qarabağ" simulyasiya oyunu layihəsini həyata keçirib.

Trend-in məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində reallaşan lahiyə çərçivəsində gənclər Qarabağ Xanlığının yaranmasından hakimiyyətdə olan Pənahəli xandan Mircəfər Bağırova kimi bütün tarixi şəxslərin obrazlarını milli geyimlərdə birbaşa canlandırıblar.

Layihənin əsas məqsədi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə geniş təbliğ olunduğu bir dövrdə Qarabağın tarixi həqiqətlərinin geniş ictimaiyyətə çatdırılmasıdır.

Xəbər lenti

Xəbər lenti