...

Akademik Arif Paşayev: Akademiyamıza İATA-nın regional tədris mərkəzi statusu verilməsi o deməkdir ki, bizdə tədris beynəlxalq səviyyədədir

Cəmiyyət Materials 30 May 2012 17:30 (UTC +04:00)
Milli Aviasiya Akademiyasına (MAA) “Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması” üzrə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) regional tədris mərkəzi statusu verən sertifikatın təqdim edilməsi o deməkdir ki, bizdə tədris beynəlxalq səviyyədədir.
Akademik Arif Paşayev: Akademiyamıza İATA-nın regional tədris mərkəzi statusu verilməsi o deməkdir ki, bizdə tədris beynəlxalq səviyyədədir

Azərbaycan, Bakı, 30 /Trend/

Milli Aviasiya Akademiyasına (MAA) "Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması" üzrə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) regional tədris mərkəzi statusu verən sertifikatın təqdim edilməsi o deməkdir ki, bizdə tədris beynəlxalq səviyyədədir.

AzərTAc xəbər verir ki, bu sözləri "Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması" üzrə İATA-nın regional tədris mərkəzi statusunu təsdiqləyən sertifikatın MAA-ya təqdimetmə mərasimində Akademiyanın rektoru, akademik Arif Paşayev bildirib.

MAA-nın rektoru qeyd edib ki, daha bizim mütəxəssislərimizin başqa ölkələrdə bu sənətə yiyələnmələrinə ehtiyac olmayacaq. Hesab edirəm ki, bu sertifikatın bizim Akademiyaya verilməsi mülki aviasiyamızda böyük bir addımdır. Mülki aviasiyada ən mühüm problem təhlükəsizlikdir. Təhlükəsizlik problemi isə çoxşaxəli işdir. Təhlükəli yüklərin daşınması bu mənada xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə irəliləyiş əldə etmək üçün mühüm elmi tədqiqatlar, yüksək səviyyədə tədris lazım olur. Ona görə də, MAA qarşıya qoyulan işlərin öhdəsindən gəlməyə hazırdır. Akademiya göstərilən bu etimadı yüksək səviyyədə doğruldacaq.

Xəbər lenti

Xəbər lenti