...

Azərbaycanda zöhrəvi xəstəliklərə yoluxanlar müalicədən boyun qaçırdıqda cərimələnəcəklər

Cəmiyyət Materials 19 İyun 2012 11:41 (UTC +04:00)
Azərbaycanda zöhrəvi xəstəliklərə, İİV-ə yoluxmuş və müalicədən boyun qaçıran, bu xəstəliklərə yoluxma təhlükəsi yaradan şəxslərin adlarını gizli saxlayanlar inzibati məsuliyyətə cəlb olunacaqlar.
Azərbaycanda zöhrəvi xəstəliklərə yoluxanlar müalicədən boyun qaçırdıqda cərimələnəcəklər

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanda zöhrəvi xəstəliklərə, İİV-ə yoluxmuş və müalicədən boyun qaçıran, bu xəstəliklərə yoluxma təhlükəsi yaradan şəxslərin adlarını gizli saxlayanlar inzibati məsuliyyətə cəlb olunacaqlar.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə əlavələr ediləcək.

Təklif olunan layihədə qeyd olunur ki, zöhrəvi xəstəliklərə və ya insanın immun çatışmazlığı virusuna yoluxduğu barədə kifayət qədər məlumatı olan şəxslər səhiyyə orqanı tərəfindən xəbərdarlıq edildikdən sonra da müalicədən boyun qaçırarsa, 100 manatdan 150 manatadək cərimələnəcəklər.

Zöhrəvi xəstəliklərə, yaxud insanın immun çatışmazlığı virusuna yoluxmuş şəxslərlə əlaqədə olmuş, profilaktik müayinəyə ehtiyacı olan şəxslərin müayinədən səhiyə orqanları tərəfindən xəbərdarlıq edildikdən sonra da boyun qaçırmasına görə 80 manatdan 120 manatadək, eləcə də zöhrəvi xəstəliyi olan şəxslər tərəfindən yoluxma mənbəyinin, habelə, onlarla əlaqədə olub zöhrəvi xəstəliklərə yoluxma təhlükəsi yaradan şəxslərin adlarının gizlədilməsinə görə 100 manatdan 200 manatadək miqdarda cərimə təklif olunur.

Qanun layihəsi komitənin bu gün keçirilən iclasında Milli Məclisə tövsiyə olunub.

Xəbər lenti

Xəbər lenti