...

Vüqar Əliyev: Azərbaycanda jurnalistlərin sosial müdafiəsinin təşkili ilə bağlı tədbirlər gücləndirilib

Cəmiyyət Materials 19 İyul 2012 11:46 (UTC +04:00)
Azərbaycanda jurnlalistlərin sosial müdafiəsinin təşkili ilə bağlı tədbirlər gücləndirilib. Trend-in məlumatına görə, bunu cümə axşamı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev 22 iyul- Milli Mətbuat Günü ilə əlaqədar keçirilən tədbirdə deyib
Vüqar Əliyev: Azərbaycanda jurnalistlərin sosial müdafiəsinin təşkili ilə bağlı tədbirlər gücləndirilib

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda jurnalistlərin sosial müdafiəsinin təşkili ilə bağlı tədbirlər gücləndirilib. Trend-in məlumatına görə, bunu cümə axşamı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev 22 iyul - Milli Mətbuat Günü ilə əlaqədar keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, son illər Azərbaycanda 22 iyul - Milli Mətbuat Günü cox geniş şəkildə qeyd olunur.

Əliyev qeyd edib ki, 2012-ci ildə milli mətbuatın inkişafı ilə bağlı görülən əsas tədbirlərdən biri ölkə Prezidenti İlham Əliyevin iyunun 4-də verdiyi sərəncamla milli mətbuatımızn banisi Həsən bəy Zərdabinin yubiley tədbirlərinin Bakıda və regionlarda keçirilməsi ilə bağlıdır.

PA rəsmisi qeyd edib ki, Azərbaycan dövləti bundan sonra da peşəkar, müstəqil, plüralist jurnalistikanın inkişafına dəstəyini davam etdirəcək.

"Artıq Azərbaycanda jurnalistlərin mükafatlandırılması xoş ənənəyə cevrilib. Azərbaycan jurnalistikasında peşəkar jurnalist yazılarının sayı artıb. Arzu edərdim ki, bizdə peşəkar jurnalistlərin sayı daha da artsın",- Əliyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti