...

Azərbaycan Gənclər Fondu ilk qrant müsabiqəsinin nəticələrini elan edəcək

Cəmiyyət Materials 25 İyul 2012 12:50 (UTC +04:00)
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu çərşənbə günü ilk qrant müsabiqəsinin nəticələrini elan edəcək.
Azərbaycan Gənclər Fondu ilk qrant müsabiqəsinin nəticələrini elan edəcək

Azərbaycan, Bakı, 25 iyul /Trend müxbir M.Əliyev/

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu çərşənbə günü ilk qrant müsabiqəsinin nəticələrini elan edəcək.

İyunun 8-də elan edilmiş müsabiqədə iştirak etmək üçün gənclər təşkilatları və fərdi gənclər Fondun saytında (www.youthfoundation.az) qeydiyyatdan keçərək onlayn formada layihə təklifi ilə müraciət ediblər.

Fondun saytında qeydiyyatdan keçmiş 172 təşkilat və 83 fərdi şəxsdən 15 iyul tarixinədək A kateqoriyası - yerli layihələr üzrə 127, В (beynəxalq layihələr) və С (yaradıcı gənclərə dəstək layihələr) kateqoriyaları üzrə hər birinə 19 layihə təqdim olunub.

D kateqoriyası gənc alimlərin, ictimai, fəal, istedadlı və yaradıcı gənclərin xarici ölkələrdə keçirilən tədbirlərdə iştirakının qismən maliyyələşdirilməsi məqsədilə yaradılıb və bu kateqoriya üzrə 12 müraciət gəlib.

Sonuncu E kateqoriyası yalnız xarici ölkələrin gəncləri və gənclər təşkilatlannın Azərbaycan tarixinə və mədəniyyətinə dair tədqiqat işlərinin maliyyələşdirilməsi üçündür.

Müşahidə Şurasının qərarına əsasən A kateqoriyası üzrə 127 layihədən 104 layihə, В kateqoriyası üzrə 16 layihə, С kateqoriyası üzrə isə 9 layihə seçilib.

Xəbər lenti

Xəbər lenti