...

Bakı sakinləri - Özünüzü ilan və əqrəblərdən qoruyun

Cəmiyyət Materials 25 İyul 2012 16:17 (UTC +04:00)
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, bu hadisələrdən 31-i ilan sancması, 27-si əqrəb sancması olub.
Bakı sakinləri - Özünüzü ilan və əqrəblərdən qoruyun

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda bu il yay mövsümü başlayandan indiyədək 58 ilan və əqrəb sancması qeydə alınıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, bu hadisələrdən 31-i ilan sancması, 27-si əqrəb sancması olub.

Mövsümün ilk ilan sancması mayın 1-də qeydə alınıb. Hadisələr zamanı 31 nəfər xəstəxanaya çatdırılıb. Onlardan 6 nəfəri uşaq olub.

Mayın 12-də isə mövsümün ilk əqrəb sancması faktı qeydə alınıb. Əqrəb sancmaları nəticəsində 20 nəfər toksikoloji şöbəyə yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti