...

Oruc tutanlar nə yesin?

Cəmiyyət Materials 26 İyul 2012 10:22 (UTC +04:00)
Mübarək Ramazan ayında necə qidalanmaq lazım olduğu çoxlarını düşündürür.
Oruc tutanlar nə yesin?

Azərbaycan, Bakı, 26 iyul /Trend/

Mübarək Ramazan ayında necə qidalanmaq lazım olduğu çoxlarını düşündürür. Bu barədə hədis kitablarında çox qiymətli və dəyərli rəvayətlər var və müasir dövrdə bu hədislərin çoxunun elmi əsasları sübuta yetirilib.

Trend-in məlumatına görə, çox zaman bu sualı səhv cavablandıraraq bəzi qidaların istifadəsində ifrat və təfritlərə yol verirlər. Bu da orucluğun əsas hədəfinin (aclıq və susuzluq çəkmək və səbrli olmağı öyrənmək) əksinə olmaqla yanaşı, bəzilərinin artıq çəki almağına da səbəb olur.

Hədislərə əsasən, xüsusi ilə yay aylarında oruc tutan şəxslər düzgün qidalanmalıdır. Məsələn, oruc tutanlar karbohidratlı - şəkər, ağ un, yağlı yeməklər, tortlar, kremli biskivitər, şokolat, paxlava, halva kimi qidalardan, qızardılmış ət və kəllə-paçadan imtina etməlidir.

Onlar, həmçinin kafeinli içkilərdən - rəngli çay, qəhvə, kola və s.-dən uzaq durmalıdırlar. Çünki kafein sidik ifrazını çoxaldır və oruc tutan bədəninin suyunu itirdiyi üçün susuzluğa düçar olur.

Oruc tutanlar az yağlı və bitki yağlarında bişmiş yeməklərdən istifadə etməli, suda bişmiş kartof və göyərtilərə üstünlük verməlidir. Bunların yanında qatıq olması da faydalıdır.

Şirnilərdən istifadə etmək istəsəniz tərkibində süd, bal, üzüm şirəsi və bitki olanlardan yararlanın.

Necə iftar edək?

İftar etmək orucluğun gözəlliklərindəndir ki, onda çoxlu bərəkət vardır. Peyğəmbərin (s) sünnətində azandan dərhal sonra iftar etməyə çox təkid edilib. İftar isti su və xurma ilə olarsa, daha yaxşıdır. İftar üçün ən yaxşı yemək isti süd, çörək, pendir, göyərti, şorba, sıyıq yeməklərdir.

İftar vaxtı düyü xörəkləri və qızardılmış yeməklərdən uzaq durun.

Ümumiyyətlə, süd, xurma, qoyun əti, arpa çörəyi, zeytun və əncir dini mənbələrdə insan bədəni üçün faydalı qidalar kimi tövsiyə olunub.

Hz. Peyğəmbər (s) buyurub: "İftar etmək istədiyiniz vaxt xurma yeyin, əgər xurma tapmasanız su ilə iftar edin".

Xəbər lenti

Xəbər lenti