...

Qırğızıstanda Dövlət Avtomobil Müfəttişliyi ləğv ediləcək

Cəmiyyət Materials 10 Avqust 2012 14:22 (UTC +04:00)
Yaxın vaxtlarda Qırğızıstanda Dövlət Avtomobil Müfəttişliyi (DAM) ləğv ediləcək və onun bazasında Yol-Patrul Xidməti yaradılacaq.
Qırğızıstanda Dövlət Avtomobil Müfəttişliyi ləğv ediləcək

Azərbaycan, Bakı, 10 avqust /Trend/

Yaxın vaxtlarda Qırğızıstanda Dövlət Avtomobil Müfəttişliyi (DAM) ləğv ediləcək və onun bazasında Yol-Patrul Xidməti yaradılacaq. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Qırğızıstan Daxili İşlər Nazirliyinin Yol hərəkətinin təhlükəsizliyi Baş İdarəsinin rəhbəri Talantbek İsayev bildirib.

Onun sözlərinə görə, DAM-da yenidən təşkilatlanma daxili işlər orqanlarında islahatlar və korrupsiya ilə mübarizə çərçivəsində aparılır.

"Yaradılan yeni struktur təkcə yol hərəkətinin təhlükəsizliyinə deyil, eləcə də müxtəlif cinayətlərin açılmasına görə cavab verəcək", - o deyib.

Yeni xidməti əvvəlcə paytaxtda, sonra isə respublikanın digər regionlarında tətbiq etmək planlaşdırılır. Bu məqsədlə onlarla xüsusi quraşdırılmış avtomobillər alınacaq. Yeni xidmətə işçilərin qəbulu müsabiqə əsasında aparılacaq. Namizədlərin yaxşı fiziki hazırlığı olmalı və onlar yüksək hüquqi və peşəkar biliklərə malik olmalıdırlar.

Xəbər lenti

Xəbər lenti