...

ASAIF sədrliyinə namizədlər bəlli olub

Cəmiyyət Materials 15 Avqust 2012 15:49 (UTC +04:00)
Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) sədrliyinə Ramin Həkimov və Vüsal Qurbanovun namizədliyi qeydə alınlıb.
ASAIF sədrliyinə namizədlər bəlli olub

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir E.Mehdiyev/

Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) sədrliyinə Ramin Həkimov və Vüsal Qurbanovun namizədliyi qeydə alınlıb.

ASAIF-dən Trend-ə verilən məlumata görə, Mərkəzi Nəzarət-Təftiş Komissiyası üzvlüyünə isə Soltan Bayramov, Cavid Hüseynzadə və Turanə İbrahimovanın namizədliyi qeydə alınıb.

Avqustun 18-də ASAIF-in nizamnaməsinə əsasən təşkilatın II Hesabat-Seçki Konfransı keçiriləcək. Konfrans 500 nəfər nümayəndə, dövlət rəsmiləri və fəxri qonaqların iştirakı ilə baş tutacaq. Tədbir əsnasında təşkilatın fəaliyyət hesabatı konfrans iştirakçılarına çatdırılacaq, eyni zamanda növbəti müddət üçün təşkilatın sədr və Nəzarət Təftiş Komissiyası üzvləri seçiləcəkdir.

Konfransla bağlı yaradılmış Təşkilat Komitəsi avqustun 9-dan etibarən ASAIF-in bütün struktur təmsilçilərinin buraxılması haqda qərar qəbul edib.

Seçkili strukturlara namizədliyi təsdiqlənmiş şəxslər avqustun 15-dən 17-nə qədər təbliğat-təşviqat kampaniyası apara biləcəklər.

Xəbər lenti

Xəbər lenti