...

Ağdaşda leysan nəticəsində dağılan körpü müvəqqəti metal körpü ilə əvəz ediləcək

Cəmiyyət Materials 12 Sentyabr 2012 16:09 (UTC +04:00)
Ölkənin şimal rayonlarına yağan güclü leysan yağışları Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 245-ci kilometrliyində, Ağdaş rayonu ərazisindən keçən Türyançayın üzərindəki avtomobil körpüsünü qəzalı vəziyyətə salıb.
Ağdaşda leysan nəticəsində dağılan körpü müvəqqəti metal körpü ilə əvəz ediləcək

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Ölkənin şimal rayonlarına yağan güclü leysan yağışları Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 245-ci kilometrliyində, Ağdaş rayonu ərazisindən keçən Türyançayın üzərindəki avtomobil körpüsünü qəzalı vəziyyətə salıb.

"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, hazırda Ağdaş rayon 14 saylı Yol İstismar İdarəsi tərəfindən həmin körpünün yanında əvvəllər inşa edilmiş, hazırda istifadə edilməyən metal konstruksiyalı körpü bərpa edilir.

Onun sözlərinə görə, yaxın bir-iki gündə həmin körpü yeni korpü tikilənə qədər müvəqqəti istifadəyə veriləcək.

Mürsəliyev qeyd edib ki, iki aşırımlı, uzunluğu 50 metr, eni isə 3,65 metr olan körpüdən yalız minik avtomobillərinin keçməsinə icazə veriləcək.

Xəbər lenti

Xəbər lenti