...

Azərbaycanda təhsil müəssisələrinin akkreditasiyası meyarlarında dəyişikliklər ediləcək

Cəmiyyət Materials 13 Sentyabr 2012 11:20 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi təhsil müəssisələrinin akkreditasiyasının dövlət standartlarına uyğunluğu meyarlarında dəyişikliklər ediləcək.
Azərbaycanda təhsil müəssisələrinin akkreditasiyası meyarlarında dəyişikliklər ediləcək

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi təhsil müəssisələrinin akkreditasiyasının dövlət standartlarına uyğunluğu meyarlarında dəyişikliklər ediləcək. Bunu cümə axşamı Trend-ə TN-in Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev deyib.

Onun sözlərinə görə, dəyişikliklər əsasən təhsil müəssisələrinin maddi-texniki bazasının qurulmasına qoyulan tələblərlə bağlıdır.

Zərbəliyev deyib ki, Nazirlər Kabinetinin bu il aprelin 23-də təsdiqlədiyi "Təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu normativləri" və avqustun 3-də təsdiqlədiyi "Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativlər" əsasında təhsil müəssisəsinin maddi-texniki bazasına və infrastrukturunun qurulmasına yeni tələblər qoyulub.

Zərbəliyev bildirib ki, həmin normativlərdə edilmiş dəyişikliklər meyarlarda da öz əksini tapacaq. O, hazırda bununla bağlı işlərin aparıldığını qeyd edib.

Xəbər lenti

Xəbər lenti