...

Azərbaycan Diplomatik Akademiyasının yeni kampusunun açılışı olub (FOTO)

Cəmiyyət Materials 21 Sentyabr 2012 19:16 (UTC +04:00)
Bu gün Azərbaycan Diplomatik Akademiyasının Dədə Qorqud Parkında yerləşən yeni kampusunun açılış mərasimi keçirilib.
Azərbaycan Diplomatik Akademiyasının yeni kampusunun açılışı olub (FOTO)

Azərbaycan, Bakı, 21 sentyabr /Trend/

Bu gün Azərbaycan Diplomatik Akademiyasının Dədə Qorqud Parkında yerləşən yeni kampusunun açılış mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham açılışda iştirak edib. Prezident Əliyev ADA tələbələri, professor və işçi heyətini təbrik edib və ADA-nın indiyədək əldə etdiyi nailiyyətləri və yeni nəsil diplomatların yetişməsində onun rolunu tədqirəlayiq hesab etdiyini qeyd edib.

Akademiyadan Trend-ə verilən məlumata görə, kampusda ölkənin ən boyuk ingilisdilli kitabxanası, tələbə mərkəzi, biznes və beynəlxalq münsibətlər institutlarının binaları yerləşir. Kampus tam avtomatlaşdırılmış və yüksək texnologiyalarla təchiz edilib. Eyni zamanda, kampusda ölkədə ilk dəfə olaraq alternativ enerjidən, xüsusən də geotermal enerjidən istifadə edilir.

Prezident Əliyev ADA-nın kampusunda keçirilən Azərbaycan diplomatik missiyalarının başçılarının 4-cü konfransını da açıq elan edib. Konfransda Azərbaycan Respublikasının dünyanın 70 ölkəsindəki səfir və konsulları iştirak edirlər.

Kampusun açılış mərasimi ADA-nın magistr tələbələrinin buraxılışı ilə davam edib. ADA-nın 2012-ci ildə Diplomatiya və Beynəlxalq Əlaqələr üzrə magistr dərəcəsi alan 15 tələbəsi akademiyanın rektoru Hafiz Paşayev tərəfindən diplomla təltif olunub.

Xəbər lenti

Xəbər lenti